Güney Azərbaycan  Bayrağı

Çox  həssas və çox  mübahisəli mövzulardan  biri də  Güney
Azərbaycan Bayrağıdır.

Güney  Azərbaycanı  təmsil edən  bayraq  və  simvolun olması
danılmaz bir  zərurətdir. Bu nöqsanı bir an öncə həll etmək milli
hərəkətimizin əsas addımlarından biridir. Bu mövzu illərdi mübahisəyə  
səbəb olub. Bu məsələ ancaq  millətimizin  iradəsi və istəyilə həll ola  
bilər. Məhz  buna görə də indiyə qədər  aparılan mübahisələrin
nəticəsini xülasə olaraq millətimizə təqdim edib və  bütün millətimizi bu
məsələnin həllinə dəvət edirik.

Keçən iki il müddətində  Güney Azərbaycan  Bayrağı  haqda  müxtəlif  
təşkilat  və  şəxsiyyətlərimizlə içəridə  və eşikdə   danışıq  və  
yazışmalarımız oldu. Bu mübahisələrin nəticəsini iki fikir  ayrımında  
bəyan etmək olar.

A -  Bir  sıra  soydaşlarımız   Azərbaycan bir oldughunu və bayrağının
da eyni  olduğunu vurğulayıb, başqa  bayraq lazım  deyil deyə hər  
hansı  bir  bayrağın  Güney üçün seçilməsini  rədd  edirlər. Yəni   
mövcud  Azərbaycan bayrağını həm Güney,  həm də  Qüzeyin (Bütöv
Azərbaycan) bayrağı hesab edərək hər hansı  bir  başqa bayrağı
qəbul etmirlər.

B - Amma emosiyadan uzaq, siyasi  və  diplomatik  əlaqələrə vaqif
olan bütün təşkilat və şəxsiyyətlərimiz təkid  edirlər  ki, beynəlxalq  
qanunlara  görə movcud bayraq  Azərbaycanın bütövlüyünü nümayiş
və  müdafiə edə bilməz. Bəlkə onun qanuni və hüquqi  hüdudları
həmən müstəqil Azərbaycan ərazisidir ki,  BMT tərəfindən Azərbaycan
məmləkəti kimi  tanınır. Başqa  sözlə desək, Azərbaycanın bayrağı
mənəvi baxımdan bütün Azərbaycanlıların bayraği olsa da, hüquqi
baxımdan sadəcə  Azərbaycanın  bir hissəsini təmsil edir. Demək,
vahid Azərbaycan təşkil olmayana qədər vahid bayraq bizi  təmsil edə
bilməz.

Biz  hamımız  bu bayrağı  sevir və müdafiə edirik. Bu bayrağın
dalğalanması üçün canımızı da  verməyə hazırıq, amma  bizim
istəyimiz kifayət  etmir. Yəni, biz  bu bayrağı  sevib, öz bayrağımız  
bildiyimiz  halda, bəlli qanuni məhdudiyyətlərə  görə  bu bayraq  bizi
müdafiə edə bilmir. Niyə ki,  hər  bayraq  bəlli bir  ölkəni, siyasi
avtariteti,  siyasi  ya  milli coğrafiyanı, partiyanı, orqanizasiya... və
nəhayəti  bəlli bir  varliği  bəlli təriflər əsasında nümayəndəlik edir .
Məhz  buna  görə də,  bu gün  Azərbaycanın   müvcud  bayrağını  
qaldıranda Təbrizi  yox, bəlkə  Bakını  nümayəndəlik edir. Elə həmən
qanuni  məhdudiyyətlər və maneələrə  görə də  bizi təmsil edən
bayraq  lazımdır ki, həm  hərəkətimizi  tanıtdırsın, həm də diplomatik  
problem yaratmasın.

İkinci fikir  sahibləri  çoxunluğu təşkil edir və demokratik  bir  formada
Güney Azərbaycan  bayrağının təyinləşməsinin tərəfdarıdırlar.

Güney Azərbaycan bayrağının yançıları tərəfindən  mübahisələrdə
çox təkid  olunan  mövzu  mövcud  olan Qüzey Azərbaycan bayrağının
rəng, ay və ulduzu  qorunub bəzi əlavələrlə Güney Azərbaycan
bayrağı  olaraq səsə qoyulmasıdır. Bunun illəti   Azərbaycanın  bir  
millət olduğu gərçəkliyini bəyan edərək, iki siyasi statusa  malik
olduğunu da  ifa  etməkdir. Yəni bayraqda olan  birlik milli birliyi, kök
birliyini və  ayrım isə  siyasi  ayrılığı göstərir. Bu ayrılığı  və bənzəri
Türkistanla Türkiyə, Türkiyə ilə Qibris, eləcə də Ərəb ölkələrindən
Ordun, Suriyə, İraq, Ərəbistan, Filistin və eynisi də  Afrikan ölkələrinin
bayraqlarında görünür ki, bayraqda  olan birlik  onlarin kök birliyini və
ayrım isə onlarin siyasi ayrımlarını bəyan edir. Biz də millət olaraq bir,  
amma  siyasət olaraq  iki  ayrı siyasi şəraitdə yaşayırıq. Yəni,  
Qüzeyin  müstəqil   dövləti və bayrağı var,  BMT  və dünya  ölkələri   
tərəfindən  tanınıb. Güney  isə  Iran işğalı  altındadır ki, öz  milli  və
insani haqlarını  əldə  etmək üçün mücadilə edir.

Bu düşüncə əsasında millətimizin diqqətinə  çatdırılması üçün  
nümunələr də təklif olunubdur. Millətimizə müraciət edərək bu
nümunələri təqdim edib və fikir bildirməsini xahiş edirik. Hər  hansı
nümunə  çox  səs  qazansa onu Güney Azərbaycan Bayrağı  qəbul
edib, o bayrağın altinda  birləşıb, bütün beynəlxalq  və daxili
fəaliyyətlərimizi  o bayrağın altında  davam  etməliyik.

Məhz  buna  görə də, bu nümunələri  izahatları ilə  bərabər  qeyd  
edib, hörmətli Güney Azərbaycanlıları birlikdə mövcud  olan bu ciddi
nöqsanın həllinə dəvət edirik.

Qeyd  edək ki,  bu açıq  mübahisəyə    6  ay   zaman təyin olunub.
Fikir  və  önərilərinizi  səbirsizliklə  gözləyirik. Bütün  yazılarınız olduğu
kimi sita yerləşdiriləcək*  Ümid edirik  bu mübahisələrin sonunda  qəti
qərara gəlib və  bir bayrağın altında  toplaşa  bilək.

*- İçtimayi siyasi ədəbiyatdan xaric olmamaq şərtilə.


Bayraq  nümunələri:

1.  Birinci  Bayraq - Azərbaycan bayrağında  ayın yeri dəyişib. Yəni  
eyni rəngli bu bayraqda  ay  eşiyə yox,  bəlkə içəriyə baxır.












2.  Ikinci bayraq - eyni  Qüzey Azərbaycan bayrağıdır,  sadəcə  
burda   bir  ulduz  daha  əlavə  olunub. Yəni  eyni  rəngli bu
bayraqda  bir ay və iki ulduz var. Bu bayrağı təklif edənlər iki
Azərbaycanın birləşdiyi zaman  Bütöv Azərbaycan  bayrağını  Qüzeylə
Güneyin cəmi,  yəni  bir  ay üç ulduzlu olmasını   təklif edirlər.










3.  Bu bayraq əvvəl başqa formada təklif olunmuşdu, daha sonra
əvvəlki  formasından təkmilləşdirilib. Yəni əvvəl Azərbaycan
bayrağının üzərində  Qüzeylə Güneyi ayıran hüdud  dəmir  məftillərlə  
göstərilirdi. Daha sonra həmən təklif təkmilləşdirilmişdir. Belə ki,  
dəmir  məftilin hər hansi bir  bayraq üzərində  məqbul olmadığı fikri   
irəli sürərək dəmir məftili  götürüb  və Arazı  hüdud  boyu  ayrılıq  
simvolu  kimi  göstərir. Əlbətdə  bayraqda   Türk rəngi  (göy rəng)
olduğu üçün burda  Araz  göy rəngdə yox  bəlkə  ağ rənglə gəstərilib.
Bu qrup da Azərbaycan birləşdikdən sonra  ayrılıq  simvolunu
bayraqdan  götürüb və  mövcud  bayrağı  Bütöv  Azərbaycan
bayrağı   kimi  təklif edir.  











Saleh İldirim. 10.10.2005.


Saleh Bey qardasima semimi qelbden salamlar.
Eziz qardasim, beri basdan bayraq haqdaki yazilari oxumagima imkan
yaratmaginiza gore size tesekkur edirem ve bayraq haqda bir nece
soz de men demek isteyirem.
Azerbaycan Turklerinin bir bayragi vardir ve o bizim hamimizin
muqeddes remzidir. Ancaq tarixin gedisati ve siyasi sebebler Guney
ucun ayri bir bayragin olmasini vacib hala getirmisdir. Teqdim olunan
uc bayraqi da qebul etmek olardi ancaq ucuncu yerde olan
digerlerinden daha mentiqli ve agla batandir, lakin onun da Guney-
Quzey ferqini istenen sekilde araya qoyduguna qane deyilem.
Bilmirem elinizde var ya yox, Merhum Elcibeyin yol gostericiliyi ve xeyir
duasi ile kilmligi namelum arazoglu texelluslu sexs terefinden yazilmis
Muxteser Azerbaycan Tarixi adli kitabda Guney Azerbaycan
bayraginin ne sekilde olacagi da teklif edilib. Mence en agla batani
odur. Orda Azerbaycan bayraginin butun elametleri qorunur, ancaq
Guney esaretde olduguna gore, oz musteqilliyini hele de qazana
bilmediyine gore yas elameti kimi ay ve ulduz qara rengde verilibdir.
ve teklif edilib ki, Guney oz azadligina qovusana ve Quzeyle birlesene
kimi bu yas elameti qalsin ve birlesildikden sonra qara reng
goturulsun ve butov Azerbaycan bayragi, yeni indiki bayraq qebul
edilsin. Bayragin menevi ve muqeddes elametleri nezere alindiqda
mence de en agla batani o olmalidir. Hemin bayragi xalqimizin
nezerine catdirmaqa imkan yaratmaghinizi  xahish edirem.

Hormetle.
Seyfeddin Altayli

















                                                                                                             
              
________________________________________
Bayraq
Number   1
Number   2
Number   3
Number   4
Number  5
Number  6
Number  7
Number   8
Number  9
Number   10
Number   11
Number   12
Number   13
Number   14
Number 15
Number 16
Number 17
Number 18
Number 19
Number   20
Number   21
Number   22
Number   23
Number   24
Number   25
Number   26
Number   27
Number   28
Number   29
Number   30
Number   31
Number   32
Number   33
Number   34
Number   35
Number   36
Number   37
Number   38
Number   39
 
   
Number   25