|
|
Həsən əsədiilə musahibə ENDİRİN
Həsən əsədi ölüm durumunda, itlaat tərfindən vəhşicəsinə işkəncə olunmuş
Həsən əsəsi Azərbaycanın milli qəhramai fars işqalçılar tərəfindən vəhşica işkəncə olubdır.bunuda vurqılayım ki bütün zindanda olan milli fəallarımız çox ağır işkəncələrə məruz qalırlar.iran gızli servisi Həsəni ipdən aslıyarak həmdə unun cinsən alətine 2 kilo ağırlığında taş aslıyarak günlər ölümünə şəllax lanmış və işkəncə altıda onu bir türlu bəlgəleri imzalatmak istəmişler amma Həsən qəhramancasına onların bəlgəsinə tükürmüş. Və bir xain Əfrasiyap ğəfari mulan adında məruf qafar,bu manqut yalandan şəhadət vermiş ki Həsən Azərbaycanın istıqlal partısının məsuludır və mənə indiya qədər çoxlu məqalələr və Azərbaycan konusunda bəlgələr vermiş və Həsən demış mən bu adami tanımıram və bu tam yalan ,Əfrasiyab qəffari mulan özini Azərbaycanın istiqlal partısının (gaip) üyəsi tanıtdırib ve onlarin içinə sızmışıni iddia edir.(əfrasiyab canbaz ayləsindəndir və tərbizin gizli servisinin başcısının akrabasıdır bu şəxs her zaman milli fəalların peşində və hər zaman 2 başka görəvli yanında var bu fars işqalçılari bir başka yollarla yəni imza sahtalaştırmak yoluyla fəalara qandırar ki her kəs səni itiraf eləmiş bu yalanlar, şəhadətler, təkcə Həsən değil bütün milli fəallara bu şantajlari yapırlar və Həsəni günler tırnaka qədər döyüp kesib tirnakların çəkmişər yandırmşlar xaca çəkmişleər o Işkəncə altıda bayılmış ama oyananlan sonar yenə işkəncə yapmışlar amma Azərbaycanın qəhrəmani hər türlü işkənciyə aslan gibi dayanmış və fars işqalçılarına baş əyməmiş və yenilməmiş .və işkəncələr altında çoxlu qan kayb etmiş və vucudi ufunət eləmiş. koma durmunda tərbizin ostad ali nəsəb xəstəxanasına götürmişlər ayləsinin dediğinə görə çün bilirdilər əğər həbsdə tutsalar ölacax və ələrində qalır.və birdə ayləsini təhdid edmişlər əğər bir yerdə danışsalar onlarıda bu günə salacaklar.və onlari kazada öldürəcəxlar və indi ayləsi onun sağlıgıni gözlir və sağalaşandan sonar genə həbsə götürüləcak və ayləsi gizli servis tərəfindən çox baski altındadır ki onun durumunun normal olduğuni desinler amma her şey göz önündədir çün işkəncənin yaralari çəkikmiş tırnaklar və bayılmış durumu və yeni xəbərə görə onu narkotik maddə kullananlarin bölümünə götürmüşlər və orda hər gün işkəncə olunur və ölün durumundadır .vurgulamalıyım ki güney Aərbaynan çoxlu milli fəallari iran islam fars işqalçılar zindanlarında yaralı əğır işkəncə altındadırlar və bir çoxu səqat olmuşlar.
GÜNEY AZƏRBAYCANLI MILLI FƏAL HƏSƏN ƏSƏDI HƏBS EDILIB
Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycan milli hərəkat fəallarından olan Həsən Əsədi İran Təhlükəsizlik və İnformasiya Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən saxlanılıb. Ötən il zaminə buraxılan H. Əsədi bu il yanvarın 19-da məhkəməyə çağırılıb.
Lakin o, məhkəməyə qeyri-qanuni çağırılmasına və irəli sürülən ittihamlara etiraz əlaməti olaraq məhkəməyə getməkdən imtina edib. Yanvarın 20-də xüsusi xidmət əməkdaşları H. Əsədinin evinə gedərək onu özləri ilə aparıblar.
Qeyd edək ki, H. Əsədi milli fəaliyyətinə görə bir neçə dəfə də hüquq-mühafizə orqanları tərəfindən tutulub.
Fars şovinist rejimi milli fəal Həsən Əsədiyə həbsxanada olmazın işgəncələr verir
Güney Azərbaycan Milli Hərəkatının fəalı Həsən Əsədi fars şovinist rejiminin böyük vəhşiliyilə üzləşib. Belə ki, soydaşımız həbsdə olduğu müddətdə olmazın işgəncələrə məruz qalıb.GAİP-ə istinadən yaydığı məlumata görə, “Ettelaat” Həsən Əsədini ipdən asaraq başıaşaği sallayıb. Eyni zamanda onun cinsi orqanına 2 kiloqram ağırlığında daş bağlayaraq günlərlə şallaqlayıblar. Bununla da işgəncələrlə onu bir sıra sənədləri imzalamağa məcbur etmək istəyiblər. Ancaq Həsən Əsədi bütün işgəncələrə qəhrəmancasına sinə gərərək fars şovinistlərinin arzusunu ürəyində qoyub. Lakin fars şovinistləri Həsən Əsədini işgəncə makinasına bağlayaraq ot kimi presləməklə əzab veriblər. Qeyd edək ki, bu alət insanın bir tərəfinə bağlanılır və maşın əks tərəfdən hərəkət edərək adamın bədənini sixir. Bu makina elə düzəldilib ki, işgəncə olunan şəxsin bədənində zahiri iz buraxmır. çünki alət presləyən hissəsində rezindən istifadə olunub. Ona görə də insan bədəninə vurduğu yaralar açıq-aşkar görünmür, qaraltı və goyərti buraxmır. üzərlərində belə bir işgəncə həyata keçirilmiş insanlar bildirilər ki, presləmə qurban bayılanadək təkrarlanır. Sonra onun ayılmasını gözləyir və həmin işgəncəni yenidən davam etdirirlər. Buna son qoyulması üçünsə işgəncəyə məruz qalmış şəxsdən onun əleyhinə qondarma sənədlər hazırlanması üçün bir imza istənilir. Əslində bunlar qondarma sənədlər və etiraf almaq tələsi deyil. Sadəcə fars şovinist rejimi Milli Hərəkatda nüfuz sahibinə çevrilmiş insanları yalançı şahidlik və tanınmışların imzasıyla sındırmağa çalışır. Həsən Əsədinin əleyhinə yalan ifadələr verənlərdən biri də özünü milli fəalara Qafar kimi tanidan satqın Əfrasiyab Qəffari Mövlandır. Bu şəxs Həsən Əsədinin GAİP-in məsulu olduğunu, indiyədək ona çoxlu məqalə və Azərbaycanla bağlı sənədlər verdiyini “Ettelaat”a açıqlayıb. Ancaq Həsən Əsədi onu tanımadığını bildirib.
Əslində Əfrasiyab Qəffari Mövlan özünü GAİP üzvü kimi tanıdıb və bunda iddia edir. Halbuki bu şəxsin yaxınlarından biri “Ettelaat”ın Təbriz şöbəsinin məsullarındandır. Bunlar planlı şəkildə milli fəalları izləyirlər. Əfrasiyab Qəffari Mövlan son zamanlar “Mlan” adıyla paltakda milli fəallar barəsində məlumat toplamaqla məşğuldur. O heç bir dildə yazib-oxuya bilmir. Ona görə də hər zaman yanında “Ettelaat” əməkdaşı olur. özü də bu şəxs təkcə Həsən Əsədi deyil, digər milli fəalların əleyhinə yalançı şahidlik edib və onları “Ettelaat”a satıb. Hətta “Ettelaat”ın nömrəli kserokopiya makinasını bir qrup milli fəala verməklə onların bütün fəaliyyətini bu qurumun nəzarəti altına keçirib. O, milli fəalların əleyhinə sənədlər toplayaraq onların həbsinə şərait yaradıb. Xatırladaq ki, Həsən Əsədi bu yalançı şahidlik nəticəsində aylarla işgəncəyə məruz qalıb. Onun dirnağını çəkiblər, şallaqlayıblar və s. Milli fəal dəfələrlə ağır işgəncələr altında huşunu itirib. Ancaq Həsən Əsədi bütün işgəncələrə dözərək fars şovinistlərinə boyun əyməyib. İşgəncələrdən çoxlu qan itirən Həsən Əsədi komaya düşərək Təbrizin Ustad Ali Nəsəb xəstəxanasına qaldırılıb. Fars şövinist rejimi özünü təmizə çıxarmaq üçün həbsxanada ölməsin deyə onu koma vəziyyətində ailəsinə təhvil verib. Bununla bağlı heç bir yerə məlumat ötürülməməsi üçün onları ciddi təhdid ediblər. “Ettelaat”dan bildirilib ki, əgər buna əməl etməsələr, onları da bu günə salacaqlar və ya maşın qəzasında öldürəcəklər. Bütün işgəncələrə qəhrəmancasına sinə gərən Həsən Əsədi ailəsinin səyləri nəticəsində sağalıb. Bundan sonra onu yenidən həbsxanaya aparıblar. Hazırda milli fəalın ailəsi “Ettelaat”ın basqısı altındadır. Bu baxımdan onun durumuyla bağlı heç bir şey deyə bilmirlər. Onu da qeyd edək ki, Güney Azərbaycanın bir çox milli fəalları fars şovinistlərinin zindanlarında ağır işgəncə altındadır. Həbsxana şəraitində onların dırnaqları çəkilib. ümumiyyətlə zindanda barmağı sınan əksər milli fəallar belə bir işgəncəyə məruz qalıblar. Xatırladaq ki, Həsən Əsədi 2007-ci ilin əvvəlində milli fəal Abbas Lisaninin həbsinə etiraz olaraq Ərdəbil həbsxanası qarşısında keçirilən aksiyaya qatıldığı üçün tutulub. Güney Azərbaycan İstiqlal Partiyasının üzvü olmaqda günahlandırılan soydaşımız 5 ay “Ettelaat”ın Ərdəbil və Təbriz həbsxanalarında saxlandıqdan sonra 70 milyon tümən (təxminən 70 min dollar) mülk girovu müqabilində azadlığa buraxılıb. 2008-ci ilin fevralında Təbriz İnqilab Məhkəməsinin II şöbəsində ona hökm çıxarılıb. Həsən Əsədi İran adlanan yerdəki mövcud fars şovinist rejiminə müxalif qurum və təşkilatlarla, Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) ilə əlaqədə ittiham olunub və ona 1 il həbs cəzası verilib.
23.09.08 15:12 Güney Azərbaycanın milli hərəkat fəalı Həsən Əsədi 6 ay həbsə məhkum olundu
Güney Azərbaycan milli hərəkat fəallarından olan Həsən Əsədi Təbriz İnqilab məhkəməsi tərəfindən 6 ay müddətinə azadlıqdan məhrum edilib və Təbriz həbsxanasına yerləşdirib. İnqilab məhkəməsi Həsən Əsədini hakimiyyət əleyhinə təbliğ, pantükist təşkilatlarla əməkdaşlıqda itiham edib. Xatırladaq ki, Həsən Əsədi 2006-cı ildə Ərdəbil həbsxanasının qarşısında Abbas Lisaninin həbsinə qarşı etiraz aksiyasında iştirak etdiyinə görə həbs edilərək neçə ay ETTELAAT orqanlarında işgəncələrə məruz qalmışdır. Girov müqavilində azadlığa buraxılmışdır. Sonuncu dəfə may hadisələrinin ikinci ildönümü ərəfəsində Təbrizdə həbs edilərək bir ay təknəfərlik kamerada saxlanılaraq ağır işgəncələrə məruz qalmışdır. Hal hazırda Həsən Əsədi Təbriz həbsxanasında saxlanılır
Güney Azərbaycanın milli hərəkat fəalı Həsən Əsədi 6 ay həbsə məhkum olundu 2008-09-25 11:27:00 Güney Azərbaycan milli hərəkat fəallarından olan Həsən Əsədi Təbriz İnqilab məhkəməsi tərəfindən 6 ay müddətinə azadlıqdan məhrum edilib və Təbriz həbsxanasına yerləşdirib.
İnqilab məhkəməsi Həsən Əsədini hakimiyyət əleyhinə təbliğ, pantükist təşkilatlarla əməkdaşlıqda itiham edib.
Xatırladaq ki, Həsən Əsədi 2006-cı ildə Ərdəbil həbsxanasının qarşısında Abbas Lisaninin həbsinə qarşı etiraz aksiyasında iştirak etdiyinə görə həbs edilərək neçə ay ETTELAAT orqanlarında işgəncələrə məruz qalmışdır. Girov müqavilində azadlığa buraxılmışdır.
Sonuncu dəfə may hadisələrinin ikinci ildönümü ərəfəsində Təbrizdə həbs edilərək bir ay təknəfərlik kamerada saxlanılaraq ağır işgəncələrə məruz qalmışdır.
Hal hazırda Həsən Əsədi Təbriz həbsxanasında saxlanılır.
ETTELAAT məmurları Güney Azərbaycan Milli hərəkat fəalı Həsən Əsədini öldürmək istəyirlər
Məlum may hadisələrinin ikinci ildönümü ərəfəsində mayın 17 – də İran Ettelaat tərəfindən tutulan tanınmış milli hərəkat fəalı Həsən Əsədinin vəziyyəti də olduqca ağırdır.
əldə etdiyimiz məlumata görə, Ettelaat məmurlarının işgəncəsi altında saxlanılan H.Əsədinin anası Ettelaat idarəsinə müraciət edərək, oğlunun heç bir qanuni əsas olmadan tutulmasına kəskin etirazını bildirib və onun azad olunmasını tələb edib.
O, Ettelaat məmurlarına deyib ki. Ya oğlumu azad edeceksiniz, ya da bizi də tutacaqsınız. Onun belə kəskin etirazından sonra o, oğlu Həsən Əsədi ilə qısa müddətli telefon əlaqəsi saxlaya bilib. H.Əsədi telefonda zəif və batıq səslə danışıb. Məlumatlara görə, H. Əsədi ağır işgəncə altındadır. Hətta, ona elektroşok tətbiq edilir. Xatırladaq ki, bir müddət öncə də milli hərəkatda fəaliyyətinə görə Həsən Əsədi ETTELAAT məmurları tərəfindən həbs edilmiş və ağır işgəncələrə məruz qalmış, sonra Təbriz İnqilab məhkəməsi tərəfindən bir il həbsə məhkum edilmişdir.
Güney Azərbaycan İstiqlal Partiyası Araşdırma və İnformasiya Mərkəzi
Həsən Əsədi ağır işgəncədən həyatları təhlükədədir
Ərdəbildən aldığımız məlumata görə, 2007 - ci il 19 bəhmən ( fevral ) ayında Ərdəbil şəhərində yerləşən zindanın qarşısında milli aktiv, uzun müddətdir zindanda haqsız yatan Abbas Lisanlıya görə bir qrup Azərbaycanlı aksiya keçirmişdir. Elə oradaca onlar yaxalanmış və həmin gündən də ağır işgəncəyə məruz qalmışdırlar.Onların harda və hansı vəziyyətdə saxlanmaları haqqında hələ də bu günkü günə qədər nə ailələri, nə də ictimaiyyət heç bir məlumat bilmir. Ettelaat məmurları da onun ailəsinə bu haqda heç bir xəbər vermir, əksinə onları həbslə hədələyir.
Aldığımız dəqiq məlumata görə Həsən Əsədi çox ağır işgəncəyə məruz qaldıqları üçün həyatları təhlükədədir. Qeyd edək ki, onlarla tutulan başqa Azərbaycanlılar da ağır işgəncəyə məruz qalmışdırlar.
azadtribun
23.05.08 14:56 Milli hərəkat fəalı Həsən Əsədi naməlum şəkildə yoxa çıxıb
Güneydən daxil olan məlumata əsasən may hadisələrinin ikinci ildönümünü yaxınlaşdığı günlərdə Güney Azərbaycanın milli hərəkat fəalı Həsən Əsədi naməlum şəkildə yoxa çıxıb. Milli hərəkatdan verilən məlumata görə ehtimal olunur ki, Həsən Əsədi ETTELAAT məmurları tərəfindən oğrulanıb və naməlum yerdə saxlanılır. Xatırladaq ki, Həsən Əsədi bir müddət öncə milli hərəkatda fəaliyyət göstərdiyinə görə ETTELAAT məmurları tərəfindən həbs edilmiş və ağır işgəncələrə məruz qalmış, sonra inqilab məhkəməsi tərəfindən bir il həbsə məhkum edilmiş, 70 min dollar dəyərində girov qoymaqla müvəqqəti azadlığa buraxılmışdır. May hadisələrinin ildönümü ərəfəsində Həsən Əsədi ilə yanaşı çoxlu sayda tanınmış milli hərəkat fəalları ETTELAAT məmurları tərəfindən həbs edilmişdir.
MİLLİ FƏALIN AĞIR İŞGƏNCƏYƏ MƏRUZ QALDIĞI HAQDA MƏLUMAT və ŞƏKİLLƏR YAYILIB 2009-01-07 - 12:53:00
Milli fəal Həsən Əsədinin həbsxanada ağır işgəncələrə məruz qaldığı bildirilir. Güney Azərbaycan İstiqlal Partiyasından «Media forum» saytına verilən məlumata görə, H.Əsədini həbsxanada ipdən başaşağı asıblar, şallaqlayıblar, dırnağını çəkiblər. Əsədinin dəfələrlə işgəncə altında bayıldığı, komaya düşdüyü və koma vəziyyətində Tərbizin Ustad Alinəsəb Xəstəxanasına aparıldığı vurğulanır. Məlumata görə, işgəncə xəbərinin yayılmaması üçün İranın rəsmi qurumları H.Əsədinin ailəsini təhdid də edib. Güney Azərbaycan İstiqlal Partiyası bildirir ki, ailəsinin köməyi ilə H.Əsədi sağalıb, bundan sonra onu yenə həbsxanaya köçürüblər. İşgəncələrdə məqsədin H.Əsədini bir sıra ifadələrə qol çəkdirməyə məcbur etmək olduğu, amma milli fəalın bundan boyun qaçırdığı deyilir. H.Əsədi 2007-nin əvvəlində milli fəal Abbas Lisaninin həbsinə etiraz olaraq Ərdəbil həbsxanası qarşısında keçirilən aksiyaya qatıldığı üçün tutulub. Güney Azərbaycan İstiqlal Partiyasının üzvü olmaqda günahlandırılan Əsədi 5 ay ETTELAAT-ın Ərdəbil və Təbriz həbsxanalarında saxlandıqdan sonra 70 milyon tümən (təxminən 70 min dollar) mülk girovu müqabilində azadlığa buraxılıb.
2008-ci ilin fevralında Təbriz İnqilab Məhkəməsinin II şöbəsində ona hökm çıxarılıb. H.Əsədi İran İslam Respublikasına müxalif qurum və təşkilatlarla, Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) ilə əlaqədə ittiham olunub və ona 1 il həbs cəzası verilib. ("Media Forum")
“Ettelaat” Həsən Əsədinin ailəsinə təzyiqlərindən əl çəkmir
Bu yolla soydaşımızın Güney Azərbaycana dönməsinə çalışılır
Milli fəal yaxın qoxumu Məhəmməd Əli Qadirinin bu quruma işlədiyini aşkarlayıb
İran adlanan yerdə dəfələrlə həbs və ağır işgəncələrə məruz qalmış milli fəal Həsən Əsədinin ailəsinə qarşı basqılar tükənmir. "Ettelaat" Türkiyəyə mühacirət etmək məcburiyyətində qalmış soydaşımızın ailəsinə təzyiqləri artırmaq üçün indi onun yaxın qohumundan istifadə etməyə başlayıb. Belə ki, Təbrizin Ticarət İdarəsinin "124" məlumat bürosunun rəisi vəzifəsində işləyən və "Ettelaat"a bağlı olan Məhəmməd Əli Qadiri qohumluq əlaqələrindən sui-istifadə edərək, milli fəala və onun fəaliyyətinə dair sənədləri ələ keçirmək üçün Həsən Əsədinin ailəsinə yaxınlaşmağa çalışıb.
O, soydaşımıza məxsus sənədləri daha təhlükəsiz yerdə saxlamaq üçün bu addımı atdığını bildirib. Bu yolla Məhəmməd Əli Qadiri Həsən Əsədiyə məxsus bir neçə şəkil və sənəd əldə edərək, onları "Ettelaat"a təhvil verib. Soydaşımız da Məhəmməd Əli Qadirinin xəyanətkar hərəkətini bildikdən sonra onun "Ettelaat"la əməkdaşlıq etdiyini aşkara çıxarıb. Hətta bu şəxs Həsən Əsədi barəsində ölüm hökmünün çıxarılması üçün də təşəbbüs göstərib. Hətta Məhəmməd Əli Qadiri soydaşımızın Güney Azərbaycan dönməsi üçün onun ailəsini hədələyib. Eyni zamanda "Ettelaat" milli fəalın ailəsini dəfələrlə idarəyə çağıraraq onları hədələyib və şəhərdən çıxmalarına belə qadağa qoyub. "Ettelaat" bu yolla Həsən Əsədinin Güney Azərbaycana qayıtmasına çalışır. Xatırladaq ki, Həsən Əsədi bir müddət öncə milli fəaliyyətinə görə həbs olunaraq ağır işgəncələrə məruz qalmış, daha sonra bir il həbs cəzasına məhkum edilmişdi. O, bir necə ay həbsxanada saxlanıldıqdan sonra 75 min ABŞ dolları məbləğində mülk girovu qoyaraq şərti azadlığa çıxmışdı, ancaq "Ettelaat"ın basqılarından yaxa qurtarmaq üçün sonda ölkəni tərk etmək məcburiyyətində qaldı.
Milli fəal Həsən Əsədi barəsində heç bir xəbər yoxdur
04.02.09 13:42
Bu il yanvarın 20-də Güney Azərbaycanın Təbriz şəhərində həbs olunmuş milli fəal Həsən Əsədi barəsində heç bir məlumat verilmir. "Ettelaat" əməkdaşlarının saxladığı soydaşımızın ailəsinin bu istiqamətində səyləri nəticəsiz qalıb. Hətta İran adlanan yerin təhlükəsizlik orqanı onun barəsində xarici kütləvi informasiyalarına məlumat ötürülməməsi üçün Həsən Əsədinin yaxınlarını təhdid edib.
Xatırladaq ki, Həsən Əsədi yanvarın 19-da (deyin 30-da) məhkəməyə çağrılıb. Məhkəməyə qeyri-qanuni çağırılmasına və ona qarşı irəli sürülən əsassız ittihamlara etiraz əlaməti olaraq soydaşımız məhkəməyə getməkdən imtina edib. Həsən Əsədinin məhkəməyə getməməsi barədə həmin qurum heç bir xəbərdarlıq təqdim etmədiyi halda, yanvarın 20-də (bəhmənin 1-i) "Ettelaat" əməkdaşları onun evinə basqın düzənləyərək milli fəalı özlərilə aparıblar. Həsən Əsədi saxlanılmasına etiraz əlaməti olaraq müqavimət gostərib. Şahidlərin dediyinə görə, milli fəal "bozqurd" işarəsi tutaraq uca səslə "Rədd olsun işğalçı fars!", "Yaşasın müstəqil Güney Azərbaycan!" şüarlarını səsləndirib. Qeyd edək ki, Həsən Əsədi 2007-ci ilin fevralında milli fəal Abbas Lisaninin həbsinə etiraz əlaməti olaraq Ərdəbil şəhər həbsxanasının qarşısında keçirilən aksiyada iştirak etdiyi üçün tutulub və 5 ay "Ettelaat"ın Ərdəbil və Təbriz şəhərlərindəki müvəqqəti istintaq təcridxanaları və həbsxanalarında işgəncəyə məruz qalıb. Bundan başqa, may hadisələrinin ildönümü ərəfəsində soydaşımız yenidən tutulub və daha dəhşətli işgəncələrə məruz qalıb. Onun cinsi orqanından 2 kiloqram ağırlığında daş asıblar, sonra da xüsusi işgəncə aləti olan "press" maşınının altına salıblar, dırnağını çəkiblər. İşgəncələrin şiddətindən komaya düşən Həsən Əsədi Təbrizdəki "Ustad Alinəsəb" hospitalına aparılıb. özü də Həsən Əsədi Güney Azərbaycan İstiqlal Partiyasının üzvü olmaqda və "hakimiyyətə qarşı aktiv fəaliyyət"də günahlandırılır.
Güney Azərbaycan milli hərəkatının tanınmış fəalı Həsən Əsədi Ettelaat tərəfindən yenidən həbs oldu
Güney Azərbaycan milli hərəkatının tanınmış fəalı Həsən Əsədi Ettelaat tərəfindən yenidən həbs oldu Müvəqqəti azadlığa buraxılmış Güney Azərbaycan milli fəalı Həsən Əsədi yanvar ayının 19-da (dey ayının 30-da) məhkəməyə çağrılmış, lakin məhkəməyə qeyri-qanuni çağrılmasına və məhkəmənin ona qarşı irəli sürdüyü əsassız ittihamlara etiraz əlaməti olaraq o, məhkəməyə getməkdən imtina etmişdir. Həsən Əsədinin məhkəməyə getməməsi barədə məhkəmə tərəfindən heç bir xəbərdarlıq təqdim olunmadığı halda, yanvar ayının 20-də (bəhmən ayının 1-i) Ettilaat məmurları onu evinə basqın edib və Həsən Əsədini tutuqlayaraq aparıblar. Həsən Əsədi tutuqlanmasına etiraz edərək müqavimət gostərib. Şahidlərin dediklərinə görə, o bozqurd işarəsi tutaraq usa səslə “Rədd olsun işqalçi fars!”, “Yaşasın müstəqil Güney Azərbaycan!” şüarlarını söyləyib. Bu hadisəyə şahid olan insanlar Ettelaat tərəfindən təzyiq altında yoxlamaya məruz qalıblar və onların əl telefonları əllərindən alınıb. Hətta telefon vasitəsilə bu hadisəni çəkən iki nəfər tutularaq aparılıb və onların kimliyi, harada saxlandıqları və ya sərbəst buraxıldıqları haqda hələ də heç bir bilgi yoxdur. Xatırladaq ki, azərbaycanlı milli fəal H.Əsədi 2007-ci ilin fevral ayında milli fəal Abbas Lisaninin həbsinə etiraz olaraq Ərdəbil şəhər həbsxanasının qarşısında keçirilən aksiyada iştirak etdiyi üçün tutulub və 5 ay ETTELAAT-ın Ərdəbil və Təbriz şəhərlərindəki müvəqqəti istintaq təcridxanaları və həbsxanalarında işgəncəyə məruz qalıb. Bundan başqa May hadisələrinin ildönümü ərəfəsində o, yenidən tutulub və daha dəhşətli işkəncələrə məruz qalıb. Onun cinsi orqanından 2 kiloqram ağırlığında daş asıblar, sonra da xüsusi işgəncə aləti olan "press"in altına salıblar, dırnağını çəkiblər. İgəncələrin şiddətindən komaya düşən H.Əsədi komatoz vəziyyətdə Təbrizdəki "Ustad Alinəsəb" hospitalına aparılıb. Həsən Əsədi Güney Azərbaycan İstiqlal Partiyasının üzvü olmaqda və "hakimiyyətə qarşı aktiv fəaliyyət"də suçlandırılır. gaip
Güney Azərbaycan milli hərəkatının tanınmış fəalı Həsən Əsədi Ettelaat tərəfindən yenidən həbs oldu Müvəqqəti azadlığa buraxılmış Güney Azərbaycan milli fəalı Həsən Əsədi yanvar ayının 19-da (dey ayının 30-da) məhkəməyə çağrılmış, lakin məhkəməyə qeyri-qanuni çağrılmasına və məhkəmənin ona qarşı irəli sürdüyü əsassız ittihamlara etiraz əlaməti olaraq o, məhkəməyə getməkdən imtina etmişdir. Həsən Əsədinin məhkəməyə getməməsi barədə məhkəmə tərəfindən heç bir xəbərdarlıq təqdim olunmadığı halda, yanvar ayının 20-də (bəhmən ayının 1-i) Ettilaat məmurları onu evinə basqın edib və Həsən Əsədini tutuqlayaraq aparıblar. Həsən Əsədi tutuqlanmasına etiraz edərək müqavimət gostərib. Şahidlərin dediklərinə görə, o bozqurd işarəsi tutaraq usa səslə “Rədd olsun işqalçi fars!”, “Yaşasın müstəqil Güney Azərbaycan!” şüarlarını söyləyib. Bu hadisəyə şahid olan insanlar Ettelaat tərəfindən təzyiq altında yoxlamaya məruz qalıblar və onların əl telefonları əllərindən alınıb. Hətta telefon vasitəsilə bu hadisəni çəkən iki nəfər tutularaq aparılıb və onların kimliyi, harada saxlandıqları və ya sərbəst buraxıldıqları haqda hələ də heç bir bilgi yoxdur. Xatırladaq ki, azərbaycanlı milli fəal H.Əsədi 2007-ci ilin fevral ayında milli fəal Abbas Lisaninin həbsinə etiraz olaraq Ərdəbil şəhər həbsxanasının qarşısında keçirilən aksiyada iştirak etdiyi üçün tutulub və 5 ay ETTELAAT-ın Ərdəbil və Təbriz şəhərlərindəki müvəqqəti istintaq təcridxanaları və həbsxanalarında işgəncəyə məruz qalıb. Bundan başqa May hadisələrinin ildönümü ərəfəsində o, yenidən tutulub və daha dəhşətli işkəncələrə məruz qalıb. Onun cinsi orqanından 2 kiloqram ağırlığında daş asıblar, sonra da xüsusi işgəncə aləti olan "press"in altına salıblar, dırnağını çəkiblər. İgəncələrin şiddətindən komaya düşən H.Əsədi komatoz vəziyyətdə Təbrizdəki "Ustad Alinəsəb" hospitalına aparılıb. Həsən Əsədi Güney Azərbaycan İstiqlal Partiyasının üzvü olmaqda və "hakimiyyətə qarşı aktiv fəaliyyət"də suçlandırılır.
|
|
|
dünya mediyalari
http://mirzexezerinsesi.net/articles/2007/02/14/erdebil-hebsxanasi-qarshisinda-oturaq-aksiya-kechiren-hesen-esedi-ve-daha-bir-ne che-milli-feal-hebs-olunub
http://www.bizimyol.az/index.php?mod=news&act=view&nid=583
http://www.azadliqradiosu.az/content/article/378558.html
http://www.adapp.info/az/index.php?option=com_content&view=article&id=64:adapp-aylq-hesabat--yanvar-2009-ci-il&catid=1:aylq -hesabat&Itemid=55
http://www.az.apa.az/xeber_Iranda_azerbaycanli_feal_Hesen__144761.html
http://mirzexezerinsesi.net/articles/2009/01/07/milli-feal-hesen-esedinin-hebsxanada-agir-ishgencelere-meruz-qaldigi-bildirilir
http://bakitebriz.azeriblog.com/2009/04/23/ettelaat-hesen-esedinin-ailesini-saxlayib
http://www.mediaforum.az/articles.php?article_id=20080207080053314&lang=az&page=03
http://www.presspost.az/index.php?type=xebergoster&xeber=yazar&id=9244
http://menemde.azersayt.com/blog.html?page=comments&member=insanhaqlari&newsid=27525
http://www.sherg.az/2009/01/27/get=14221
http://www.mediaforum.az/articles.php?article_id=20090107123740099&page=03&lang=az&eu=0
http://www.gaip.biz/arasdirma/arsiv%20arasdirma/27sep07%20hesen%20hesedi%20yene%20teziqlere%20meuz%20qalip .htm
http://www.urmu-oyrencisi.blogfa.com/post-92.aspx
http://www.chrr.biz/spip.php?article2406
http://www.azadtribun.net/x1835.htm
http://www.azadtribun.net/x19070.htm
http://www.adapp.blogfa.com/post-61.aspx
http://mirzexezerinsesi.net/articles/2007/12/29/ettelaat-emekdashlarinin-tebrizli-feal-hesen-esedinin-aile-uzvlerini-ciddi-tezyiq-a ltinda-saxladigi-barede-melumatlar-yayilib
http://www.dunazhak.net/discriptturkish443.htm
http://www.voanews.com/azerbaijani/news/a-56-2007-02-10-voa1-88619947.html?CFTOKEN=86152243&jsessionid=6630ea7e5d11e 6ee71d63b3814e33655d285&CFID=344523257
http://news.xazar.com/az/15395/ettelaat_milli_f%C9%99al_h%C9%99s%C9%99n_%C9%99s%C9%99dini_h%C9%99bs_edib.ht ml
http://www.adapp.info/az/index.php?option=com_content&view=article&id=190:allaq-hoekmuenuen-icrasna-mane-olan-abbas-lisa ni-yenidn-hbs-edilib&catid=25:xbrlr-&Itemid=54
http://ria.az/gundem/12099.txt
|
| |
| |
| |
|