Baybak sitəsi kimliyi bəlli olmayan kimsənin görmədiyi və tanımadığı, heç bir milli aksiya və fəaliyyətdə, nə keçmişdə nə də indi olmayan, özünü millətçi göstərməyə çalışan Məsud İntizar adı ilə özün tanıtdıran şəxs yüksək səviyyədə eytilmiş təxribatçıdır. Məsud İntizarın milli mübarizəmizə və millətçiliyə qarşı fəalyyəti ilk olaraq şantaj xarakterli yazılarla başladı. Bir müddətdən sonra milli fəallara və şəxslərə, daha sonra təşkilatlara qarşı təxribata başladı. Təbiidir ki, bu cür təxribatçının yazılarına heç bir milli sitə ya grup yol vermədiyi üçün təkcə Əli Hamid İman və onun sitəsindən milli fəalları təxrib etməyə dəvam etdilər. Həyasızlıgı o dərəcəyə yetirdilər ki, Azərbaycanın tanınmış fəallarını əxlaq pozuntuluğuna ittihama başladılar. Bu çirkin əməli milli fəallar bütövlükdə məhkum edərək Şəms Təbriz sitəsini təhrim etdilər və nəhayət o sitə rüsvay olduğu üçün bağlandı. 1385-ci il xordad qiyamının ardından baybak.com daha da aktivləşdi. Həmin surələrdə Günaz Tv hərəkətin irtibatını sağladığı üçün bu kanaldan faydalanmağa çalışan Məsud İntizar bizim müqavimətimizi gördükdə iyun 2006 da Günaz Tv-yə gələn sənəd və xəbərləri əngəlləmək üçün Günazın mailinə problem yaratmağa çalışdı. Sonralar aşkarcasına yeganə milli TV-mizə hücumlara başladı və TV-ni qara qutu, amerika qulluqçusu, İsrail nökəri adlandırdı. İttəhamlara diqqət etdikdə cumhuri islaminin Günaz TV-yə vurduğu itəhhamlarının təkrarlamasıdır. Azərbaycan milli hərəkətini bədnam etmək üçün baybak.com sitəsi 1385-ci il 21 Azər günü Peyman Pakmehrilə birlikdə bir şəkil fotoşapla montaj edib baybak.com -a yerləşdirdi və ondan qaynaq kimi faydalanıb fars sitələrində və xarici sitələrdə təbliğ etməgə başladilar ki guya azərbaycanlılar kitab yandırandır. Bu şəkilin montaj və qondarma olduğunu bütün Azərbaycan təşkilatları sübut edərək bu yalan xəbəri məhkum etdikdə, Məsud İntizar israrla azərbaycanlıların kitab yandıran olduqlarını sübut etməyə çalışırdı və bəlli miqdarda bu üzdən hərəkətimizə beynəlmiləl sahədə zərbə vurub və fars şövinizminə böyük xidmət etdi. Məsud İntizar və baybak.com sitəsinin işlərindən biri də hərəkətdə təşkilatlanmağı əngəlləmək olmuşdur. Məhz buna görədir ki, baybak.com sitəsi bu günə qədər heç bir Azərbaycan təşkilatını dəstəkləməyib, bəlkə bütün təşkilatları təxrib etmişdir. Misal: http://www.11008.baybak.com/il_11008_say_509.azr yazıda bütün Azərbaycan təşkilatlarını təxrib edir və hətta 39 -40 paraqrafda GAİP-i terrorizmlə işbirliyində ittiham edir. (Bu ideanı elbəttə İran İslam cumhurisi GAİP haqda işlədib və bir neçə məmləkətdən o ölkələrdə GAİP- in fəaliyyətinin əngələməsini və üyələrinin tutuqlanmasını tələb edibdir) Baybak sitəsi cumhuri islamının sözünü gəvşəməsi heç də təəcüblu deyildir. Bu yazıda http://www.11008.baybak.com/il_11008_say_787.azr Məsud İntizar təbrizli Baybak adıyla 7- ci paraqrafda milli fəallar və millətimizə baxışını və onun gözündə millət və milli fəalların nə qədər alçaq olduğunu nümayiş etdirir. “آدلانديرانلارين منيم دوشونجه لردن نه ضررلري بو آرادا منيم آنلاديغيم آما قبول ائده بيلمه ديگيم بير اولاي وار، اؤزلرين ميللي فال قوشقوردورلار؟اولاجاقدير کي چوخ سرت و جيدي اولاراق اونلارا قارشي دوراراق هاميني منيم اليهيمه ” Latıncası: “bu arada mənim anladığım, amma qəbul edə bilmədiyim bir olay var, özlərini milli fəal adlandıranların mənim düşüncələrdən nə zərərləri olacaqdır ki çox sərt və ciddi olaraq onlara qarşı duraraq hamını mənim əleyhimə quşqurdurlar?” Yuxarıdakı yazıda Məsud İntizar milləti və milli fəalları nə hesab edir ki, onlara belə iyrənc “quşqurdallar” kəlməni işlədir. Hamıya məlumdur ki, nəyi quşqurdallar. Fars şövinizminin amili və milli xaindən başqa kim millət və millətçiyə belə əhanət edə bilər? Baybak.com sitəsinin yazılarının böyük hissəsində bu kimi təxribatlar görünməkdədir. Türkiyəni gözdən salmaq, Azərbaycanın əlehinə yazmaq, Azərbaycan və türk qutsallarına əhanət bol-bol bu sitədə və Məsud İntizarın dəyişik adlarla yazısında görünməkdədər. Baybak.com müxtəlif yollarla milli fəalları tanıyıb, onları informasiyasini toplamaqdadır. Baybak.com sitəsinə girən hər kəsin İP-si dərhal zəbt olunur, eyni zamanda bu sitəyə girdiyiniz andan komputerinizə kooki gəlir və komputerinizdə olan butun bilgiləri baybak.com-a gondərir. Yüksək əmniyyət sistemini hazırlamadan bu sitəyə girmək həmin bilgisayarda bütün bilgilərin oğurlanmasına səbəb olacaqdır. Indiyə qədər neçə dəfə müxtəlif bəhanələrlə sitəyə girənlərdən ad, familiya, doğum tarixi, adres, cinsiyyət, təhsil, iş, harda yaşayırsınız və bu kimi informasiyalar sorqulamışdır. Soruşmaq lazımdır ki, Məsud İntizar öz informasıyasını kimsəyə vermir, nədən siteyə girənlərdən bu informasiyaları istəyir? Baybak.com ana səhifəsində seksi qızların şəklini yerləşdirərək gencləri tələyə salıb zəf tutmaqla məşğuldur. O şəkillərə tıklayan hər kəsdən bir sürü bilgilər sorulur və eləcə də şəxsin İP- si zəbt olunur, bu bir yandan gəncləri fəsada sovq vermək məqsədilə başqa yandan isə ora girənləri zamanında əxlaqı bir zəf kimi susdurmaq üçündür. Baybak.com bunlardan əlavə partiya və təşkilat adları ilə də meydana çixaraq siyasi gənclərimizi tuzaqa salmaq istəyir. Milli partiya diyə sitə də bu məqsədlə yaranmışdır. Baybak.com sitəsi milli şəxsiyyətlərin bəzi yazılarını sitəsində yaymaqla onların etibarından faydalanıb özünə məşruiyyət qazanmağa çalışır. Bütün qrup və şəxsiyyətlərimizin bu məsələyə diqqət yetirmələri zəruridir ki, etibarları yalnış amaclar üçün kullanılmasın. Həmin məqsədlə baybak.com sitəsi GAİP linkini sitəsinə yerləşdirmişdir. Biz buna kəskin etiraz edərək baybak.com-in adımızdan su istifadə etməsini pisləyir və dərhal adımızın sitəsindən çıxarmasını istəyirik. Sonunda elan edirik ki, GAİP bütün milli fəal və təşkilatları baybak.com təxribat çətəsinin qarşısında müdafiə edəcəkdir. Güney Azərbaycan İstiqlal Partiyası 19.08.2008 |

