GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASININ BƏYANATI
Fars faşistinin yolunu davam etdirən və bu gün hakimiyyətdə olan molla rejimi artıq öz içindən çürüməyə başlayıb .Bu gün iran adlanan ölkədə baş verən hadisələr əslində hakimiyyət daxilində başladılmış güc davasıdır.
Bu qüvvələr hakimiyyətdə olan diktadorluğu gücləndirən və ona xidmət edən şəxslərdirlər. Biz heç zaman düşünməməliyik ki, bu prosesdə bir tərəf demokrat və başqa bir tərəf isə diktatodur. Çünki, son 30 ildə hər iki tərəf diktaturanın hakimiyyətdə qalmaları üçün bütün cinayətlərə əl atıbdır. Başladılan etirazlara gəldikdə isə bir həqiqət ortadadır və o, da bundan ibarətdir ki, iran adlanan ölkədə yaşayan bütün insanlar molla hakimiyyətinin cinayətkar siyasətlərindən qurtarmaq istəyirlər. Ona görə də Güney Azərbaycan milli hərəkatı hər hansı bir namizədin müdafiəsi naminə yox, fars faşist hakimiyyətinin azərbaycan türklərinə qarşı yürütdüyü faşist siyasətinə etirazlarla meydana gəlməlidir və Güney Azərbaycanımızın milli mənafeyini nəzərə alaraq milli şuarlarla hərəkatı aparmalıdırlar. Bütün bunları etmək üçün hər bir milli fəalın üzərinə böyük məsuliyyət düşür. Çünki, həmişə olduğu kimi bu gün də bir çox quvvələr Azərbaycan milli hərəkatından faydalanmaq istəyirlər. Ona görə də millətçilər elə hərəkət etməli və elə şüarlar verməlidilər ki, milli hərəkat yabancı qüvvələr tərəfindən mənimsənilməsin və həmçinin verilən şüarları şəraitdən asılı olaraq kəskinləşdirmək mümkün olsun. Digər tərəfdən Güney Azərbaycan milli simgələri də bu hərəkatda özünü göstərməli, " Haray, haray mən türkəm!", "Rədd olsun şovinizm!", " Rəd olsun faşizm!", "Yaşasın azad Azərbaycan !", "Türk milləti oyaqdır, kimliyinə dayaqdır!" şüarları səslənməlidir.
Güney Azərbaycan İstiqlal Partiyası olaraq bir daha bəyan edirik ki, Güney Azərbacanın qurtuluş savaşına gedən yolda hər bir azərbaycan türkü tarixi fürsətləri yalnız öz millətimiz üçün dəyərləndirməlidir.
GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASI 17.06.09
www.gaip.org www.gaip.biz
|
|
|
|