GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASININ


                                              B Ə Y  A N A T I


İran adlanan ölkədə fars şovinist rejimi öz tarixi torpaqlarında yaşayan qeyri - fars millətlərə,  o cümlədən 35 milyon
Azərbaycan Türkünə qənim kəsilərək,  onların milli-mənəvi dəyərlər sistemini məhv etməyə çalışır. Hər il mehr ayının 1-i  -  
ilk dərs günü əslində şovinist fars rejiminin orada əsarət altında yaşayan qeyri - fars millətlərə tətbiq etdiyi  mədəni
soyqırımın  başlanğıcıdır .  Qondarma “ariayi” irqçiliyinə söykənərək müasir dünyanın  beynəlxaq hüqüq prinsiplərinə zidd
olan bu siyasət hələ də davam etməkdədir.
Sivil və demokratik cəmiyyət və dövlətlərdə insan haqları bir dəyər  hesab olunur və hər bir sivil dövlətdə irqindən ,
cinsindən, dilindən və dini mənsubiyyətindən asılı olmayaraq bütün insanların hüqüqları qorunur və onun milli kimliyinə
hörmət edilir. İran adlanan ölkədə isə fars şovinist rejimi    hüquqi-siyasi sitemini  şovinist düşüncə tərzində quraraq,  
orada yaşayan qeyri - fars millətlərin   milli varlığına, adət-ənənəsinə ögey münasibət göstərməkdədir . Tarix boyu azadlığı
,  milli varlığı uğrunda ən çətin, keşməkeşli  və mürəkkəb sınaqlardan keçən Güney Azərbaycan türkü  növbəti dəfə fars-
molla rejiminin şovinist siyasətinə “yox”  deyərək,  keçən ilin may ayında kütləvi milli qiyama qalxdı və özunun haqlı, sivil
mübarizəsini ortaya qoyaraq hakim şovinist fars rejiminin cinayətkar üzünü bütün dünyaya göstərdi. Sözsuz ki , 2006-ci il
milli qiyamından sonra millətimiz icazə verməyəcək ki, bu rejim Azərbaycan türkünün milli  və mədəni valığına qarşı
yönəltdiyi  məhvetmə siyasətini istədiyi kimi sürdürsün.   Biz inanırıq ki,  milli kimliyini dərk edən millətimiz   demokratik
dəyərlərə söykənərək özünün ədalətli və haqlı mübarizəsini davam etdirəcək və  öz varlığını qoruyacaq.
Güney Azərbaycan İstiqlal Partiyası mehr ayının 1-i rejimin  sistematik şəkildə millətimizə qarşı yönəldiyi mədəni
soyqırımın başlanğıc gününü məhkum edir,  35 milyon Güney Azərbaycan Türkünü bir millət olaraq mövcud  durum və
dünyada cərəyan edən qlobal proseslərin  əlverişli şəraitini nəzərə almaqla,  Güney Azərbaycanın  milli-mədəni,  siyasi-
iqtisadi mühitindəki acınacaqlı vəziyyətə   “dilimizi, mədəniyyətimizi, milli varlığımızı və torpağımızı yalnız İstiqlalımızla
qoruya bilərik”   düşüncəsi ilə son qoymağa çağırır.



GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASI
                                                                                                            21.09.2007