| GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASININ B Ə Y A N N A M Ə S İ ABŞ Konqresi komitəsinin tarixi həqiqətləri və real faktları nəzərə almadan qondarna erməni soyqırımı iddiaları ilə bağlı qərara səs verməsi təkcə Türkiyə dövləti və millətinə qarşı yönəlmiş bir qərar deyil. Bu qərar həm də dünya türklərinə ünvanlanmış ədalətsiz bir qərardır. ABŞ dövlətinin öz milli maraqlarını qondarma erməni soyqırımı kimi yalançı iddialar üzərində qurması əslində amerika dövləti və millətinin maraqlarını təhlükə altına salması deməkdir. Amerika konqresmənlərinin bu mövqedən çıxış etməsi Amerikanın bölgədə aparılan demokratikləşmə prosesini , regional təhlükəsizliyi, türk dövlətləri ilə apardığı iqtisadi – siyasi münasibətləri zərbə altına qoymuş olur. Belə bir yanlış mövqe XX əsrin əvvəllərindən başlayaraq, Azərbaycanın müxtəlif ərazilərində azərbaycan türkləri və digər millətlərə qarşı soyqırım siyasəti aparan, Azərbaycan Respublikasının 20% ərazisini işgal edərək yaxın tarixdə həyata keçirdiyi dəhşətli Xocalı soyqırımını törədən, bölgədə terroru dəstəkləyən İran fars rejimi ilə əlbir olan erməni-faşist rejiminə meydan açmış olur. Amerika konqresmənlərinin Amerika dövlət siyasətini bu cür təhlükəli oyunlar üzərində qurmaları demokratik dəyərləri şübhə altına salmaqla Amerikanın bu bölgədə maraqlarını iflasa yönəltmiş olur. Güney Azərbaycan İstiqlal Partiyası ABŞ Konqresi komitəsi tərəfindən çıxarılmış bu yanlış qərarı pisləyərək, qərarın Konqresin Nümayəndələr Palatasının ümumi iclasında dəstəklənməyəcəyinə umid edir. GAİP bütün amerika rəsmilərinə, xüsusilə də Amerika Prezidenti cənab Corc Buşa müraciət edərək, onları dünyada demokratik dəyərlərin beşiyi sayılan Amerika dövlətini bu kimi siyasi oyunların girdabına salmamağa çağırır. GAİP bütün türk dünyasını belə bir ədalətsiz qərara biganə qalmamağa və həmrəylik nümayiş etdirməyə səsləyir. GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASI 11.10.2007 |
|