12-12-2009  Amsterdamda Güney Azərbaycanlilarin  dialoq toplantisinin bəyanaməsi
yayilib. Amsterdam dialoq toplantısı İran İslam Cumhuriyətinin siyasi, iqtisadi və ictimai
böhranlar içində çabaladığı günlərdə keçirilməkdədir.:
Siyasi hakimiyət ciddi sarsıntılar içindədir. İranda yaşayan millətlər əvəllər olduğu kimi,
bu rejimin basqısı altında yaşamaq istəmədikləri üçün öz etirazlarını bildirməkdədirlər.
Dini despotizmin sonu gəldiyi bu günlərdə Azərbaycan  Türk millətinin milli
mübarizəsinə daha geniş şəkildə şahid olmaqdayıq. Daha öncədən Azərbaycan Milli
Hərəkatı “19 Ordibeheşt, Azərbaycan örənci hərəkati”(1374), “Danışır Azərbaycan”
(1384) və Təbrizdə qəbul olunan “Birinci Ana Dili Qurultayının qətnaməsi” (1384),
Babək Qalasına yürüşlər, 1 Xordad, milli qiyami kimi (1385), önəmli tarixi dərinliyi olan
olayları meydana gətirmişdir. Amsterdam Dialoq Toplantısına qatılan vətəndaşlarımız
Milli Hərəkat sıralarında əhəmiyətli ortaq yönlərin var olduğuna qətiyətlə inanırlar.
Hərəkatin sıralarında çoxsəsliliyi qəbul edirlər. Tək səsli bir fəaliyəti rəsmiyətə
tanımırlar. Tarixi əhəmiyət daşıyan Amsterdam toplantısı iştirakçıları Azərbaycan Milli
Hərəkatının sıralarında çeşidli fikir və siyasi axımların var olduğunu bir reallıq və sağlam
durum kimi görürlər. Bu göruş dəyişikliyi, mədəni muxtariyəti, federalizmi, istiqlaliyəti
və Bütöv Azərbaycan dövləti qurmaq kimi platformları ehtiva etməkdədir. Toplantı
bütün dəyişik göruşləri Azərbaycanın məşru siyasi  cərəyanlarıı kimi qəbul edir və
fərqliliklərin bir zənginlik olduğuna inanır.   

       İran İslam Cümhuriyəti daxildən və xaricdən ciddi təzyiqlər altındadır. Bu səbəbdən
rejim hər gün cəmiyyət üzərinə basqısını artırmaq və milli hərəkəti əzmək istəyəcək.
Milli dirəniş artdıqca, rejimin təzyiqləri arta bilər. Çünkü hakimiyət bu durumdan geri
addım atarsa, öz məğlubiyətinə imza atmış olar. Bu üzdən də gün keçdikcə, rejimin
təzyiqlərinin artacağına şahid oluruq. Belə bir durumda milli hərəkatın xaricdəki
fəallarının üzərinə böyük tarixi məsuliyyət düşməkdədir. Bu milli – tarixi vəzifəni
anlamaq üçün millətimizin əsas istəklərini dərk edib, bütün imkanlara dayanaraq, milli
hərəkati müdafiə etməli və gücləndirməliyik.    

21 Azər ayrıca, Böyük Milli Lider Seyyid Cəfər Pişəvərinin öz millətinə güvənərək,
tarix yaratdığı doğma milli bir günüdür.  Bu tarixi gün münasibəti ilə vətənimizin
qurtuluşu ilə bağlı qərara gəlmək, milli birlik nümunəsi sərgiləmək heç də təsadüfi
deyildir.

Milli hərəkatın geniş miqyaslı olduğunu qəbul edən 21 Azər Amsterdam Dialoq
Toplantısı bütün fərqli görüşləri göz önündə bulunduraraq, aşağıdakı maddələri ortaq
prinsiplər olaraq qəbul edir:

1-       Toplantı, Güney Azərbaycan türk millətinin milli azadlığı yolunda mübarizədə bu
günkü fars rasistmini təmsil edən İran İslam Cümhuriyətini əsas maneə kimi görür.
Çünkü bu rejim hər növ demokratik dəyişikliyə qarşıdır.

2-       Azərbaycan Milli Azadlıq Hərəkatının amalı Güney Azərbaycanda milli –
demokratik dövlət qurmaqdır. Ayrıca, Güney Azərbayanın hüdudları xaricində yaşayan
digər türk xalqlarının milli haqlarını da qorumaq lazımdır. Azərbaycan Milli Hərəkatı öz
müqəddəratını təyin etməkdə son söz sahibi olmalıdır.

3-       Azərbaycan Milli Hərəkatı sekular dövlət qurulmasının tərəfdarıdır və bu yolda
mübarizə aparır.

4-       Türk dili (Azərbaycan türkçəsi) rəsmi dövlət dili olmalıdır. Bütün ölkədə yaşayan
türklər üçün türk dilli media şəbəkələri qurulmalıdır. Azərbaycanın elmi, texniki və
iqtisadi inkişafı təmin edilməlı, millətimizin yaşayış səviyəsi dünyanın inkişaf etmiş
millətləri səviyəsinə yüksəlməlidir.

5-       Azərbaycan Milli Hərəkatı bütün sahələrdə qadın- kişi hüquq bərabər yolunda
mübarizə aparır.

6-       Din, məzhəb, məslək, inanc, söz, mətbuat, sendikalar, siyasi partiyalar, geyim və
yaşam tərzi kimi, bütün mədəni azadlıqlar qeydsiz-şərtsiz təmin edilməlidir.

7-       Azərbaycan milli Hərəkatı edama və hər növ işgəncəyə qəti şəkildə qarşıdır.

8-       Milli Hərəkat Aria rasism sisteminin təmsilçisi olan İran İslam Cümhuriyətinənin
Azərbaycanda demoqrafik yapını dəyişdirmə siyasetinə qarşı çıxıb və bu rejimə qarşı
milli zülm altında yaşayan digər millətlərlə işbirliyi aparmalıdır.

9-        Yuxarıda qeyd edilən hədəflərə çatmaq üçün xaricdə fəaliyət göstərən
azərbaycanlı qüvvələr, daxildə gedən milli mübarizəni diqqətlə təqib etməli və ona
uluslar arası insan haqları mərkəzlərindən dəstək qazanmalı, Azərbaycana qarşı
informasiya blokadasını qırmalı və bütün dünyada Azərbaycan Milli Mənafeyi üçün
lobbiçilik fəaliyətlərini təşkilatlandırmalıdır.

10-    Güney Azərbaycan Milli Hərəkəti müstəqil, demokratik və moderndir.

11-   Güney Azərbayan Milli Azadlıq Hərəkatı Dünya İnsan Haqları Bəyannaməsinin və
ona bağlı konvansiyonların Azərbaycanda həyata keçirilməsi üçün mübarizə aparır.  

12-   Amsterdam Dialoq Toplantısı yuxarıdakı prinsiplərə dayanaraq Güney Azərbaycan
milli hərəkatında fəaliyyət göstərən bütün təşkilatlar və şəxsləri davamlı işbirliyi
mexanizmasının qurulmasına çağırır.


Yaşasın Azərbayan

Yaşasın Milli Birliyimiz


Amsterdam 21 Azər (12 Dekabr 2009)



Daha etrafli şekiler qissa zamanda yaylacaq.gaip xeber merkezi