
Güney Azərbaycan Bayrağı
Çox həssas və çox mübahisəli mövzulardan biri də Güney
Azərbaycan Bayrağıdır.
Güney Azərbaycanı təmsil edən bayraq və simvolun olması
danılmaz bir zərurətdir. Bu nöqsanı bir an öncə həll etmək milli
hərəkətimizin əsas addımlarından biridir. Bu mövzu illərdi mübahisəyə
səbəb olub. Bu məsələ ancaq millətimizin iradəsi və istəyilə həll ola
bilər. Məhz buna görə də indiyə qədər aparılan mübahisələrin
nəticəsini xülasə olaraq millətimizə təqdim edib və bütün millətimizi bu
məsələnin həllinə dəvət edirik.
Keçən iki il müddətində Güney Azərbaycan Bayrağı haqda müxtəlif
təşkilat və şəxsiyyətlərimizlə içəridə və eşikdə danışıq və
yazışmalarımız oldu. Bu mübahisələrin nəticəsini iki fikir ayrımında
bəyan etmək olar.
A - Bir sıra soydaşlarımız Azərbaycan bir oldughunu və bayrağının
da eyni olduğunu vurğulayıb, başqa bayraq lazım deyil deyə hər
hansı bir bayrağın Güney üçün seçilməsini rədd edirlər. Yəni
mövcud Azərbaycan bayrağını həm Güney, həm də Qüzeyin (Bütöv
Azərbaycan) bayrağı hesab edərək hər hansı bir başqa bayrağı
qəbul etmirlər.
B - Amma emosiyadan uzaq, siyasi və diplomatik əlaqələrə vaqif
olan bütün təşkilat və şəxsiyyətlərimiz təkid edirlər ki, beynəlxalq
qanunlara görə movcud bayraq Azərbaycanın bütövlüyünü nümayiş
və müdafiə edə bilməz. Bəlkə onun qanuni və hüquqi hüdudları
həmən müstəqil Azərbaycan ərazisidir ki, BMT tərəfindən Azərbaycan
məmləkəti kimi tanınır. Başqa sözlə desək, Azərbaycanın bayrağı
mənəvi baxımdan bütün Azərbaycanlıların bayraği olsa da, hüquqi
baxımdan sadəcə Azərbaycanın bir hissəsini təmsil edir. Demək,
vahid Azərbaycan təşkil olmayana qədər vahid bayraq bizi təmsil edə
bilməz.
Biz hamımız bu bayrağı sevir və müdafiə edirik. Bu bayrağın
dalğalanması üçün canımızı da verməyə hazırıq, amma bizim
istəyimiz kifayət etmir. Yəni, biz bu bayrağı sevib, öz bayrağımız
bildiyimiz halda, bəlli qanuni məhdudiyyətlərə görə bu bayraq bizi
müdafiə edə bilmir. Niyə ki, hər bayraq bəlli bir ölkəni, siyasi
avtariteti, siyasi ya milli coğrafiyanı, partiyanı, orqanizasiya... və
nəhayəti bəlli bir varliği bəlli təriflər əsasında nümayəndəlik edir .
Məhz buna görə də, bu gün Azərbaycanın müvcud bayrağını
qaldıranda Təbrizi yox, bəlkə Bakını nümayəndəlik edir. Elə həmən
qanuni məhdudiyyətlər və maneələrə görə də bizi təmsil edən
bayraq lazımdır ki, həm hərəkətimizi tanıtdırsın, həm də diplomatik
problem yaratmasın.
İkinci fikir sahibləri çoxunluğu təşkil edir və demokratik bir formada
Güney Azərbaycan bayrağının təyinləşməsinin tərəfdarıdırlar.
Güney Azərbaycan bayrağının yançıları tərəfindən mübahisələrdə
çox təkid olunan mövzu mövcud olan Qüzey Azərbaycan bayrağının
rəng, ay və ulduzu qorunub bəzi əlavələrlə Güney Azərbaycan
bayrağı olaraq səsə qoyulmasıdır. Bunun illəti Azərbaycanın bir
millət olduğu gərçəkliyini bəyan edərək, iki siyasi statusa malik
olduğunu da ifa etməkdir. Yəni bayraqda olan birlik milli birliyi, kök
birliyini və ayrım isə siyasi ayrılığı göstərir. Bu ayrılığı və bənzəri
Türkistanla Türkiyə, Türkiyə ilə Qibris, eləcə də Ərəb ölkələrindən
Ordun, Suriyə, İraq, Ərəbistan, Filistin və eynisi də Afrikan ölkələrinin
bayraqlarında görünür ki, bayraqda olan birlik onlarin kök birliyini və
ayrım isə onlarin siyasi ayrımlarını bəyan edir. Biz də millət olaraq bir,
amma siyasət olaraq iki ayrı siyasi şəraitdə yaşayırıq. Yəni,
Qüzeyin müstəqil dövləti və bayrağı var, BMT və dünya ölkələri
tərəfindən tanınıb. Güney isə Iran işğalı altındadır ki, öz milli və
insani haqlarını əldə etmək üçün mücadilə edir.
Bu düşüncə əsasında millətimizin diqqətinə çatdırılması üçün
nümunələr də təklif olunubdur. Millətimizə müraciət edərək bu
nümunələri təqdim edib və fikir bildirməsini xahiş edirik. Hər hansı
nümunə çox səs qazansa onu Güney Azərbaycan Bayrağı qəbul
edib, o bayrağın altinda birləşıb, bütün beynəlxalq və daxili
fəaliyyətlərimizi o bayrağın altında davam etməliyik.
Məhz buna görə də, bu nümunələri izahatları ilə bərabər qeyd
edib, hörmətli Güney Azərbaycanlıları birlikdə mövcud olan bu ciddi
nöqsanın həllinə dəvət edirik.
Qeyd edək ki, bu açıq mübahisəyə 6 ay zaman təyin olunub.
Fikir və önərilərinizi səbirsizliklə gözləyirik. Bütün yazılarınız olduğu
kimi sita yerləşdiriləcək* Ümid edirik bu mübahisələrin sonunda qəti
qərara gəlib və bir bayrağın altında toplaşa bilək.
*- İçtimayi siyasi ədəbiyatdan xaric olmamaq şərtilə.
Bayraq nümunələri:
1. Birinci Bayraq - Azərbaycan bayrağında ayın yeri dəyişib. Yəni
eyni rəngli bu bayraqda ay eşiyə yox, bəlkə içəriyə baxır.
2. Ikinci bayraq - eyni Qüzey Azərbaycan bayrağıdır, sadəcə
burda bir ulduz daha əlavə olunub. Yəni eyni rəngli bu
bayraqda bir ay və iki ulduz var. Bu bayrağı təklif edənlər iki
Azərbaycanın birləşdiyi zaman Bütöv Azərbaycan bayrağını Qüzeylə
Güneyin cəmi, yəni bir ay üç ulduzlu olmasını təklif edirlər.
3. Bu bayraq əvvəl başqa formada təklif olunmuşdu, daha sonra
əvvəlki formasından təkmilləşdirilib. Yəni əvvəl Azərbaycan
bayrağının üzərində Qüzeylə Güneyi ayıran hüdud dəmir məftillərlə
göstərilirdi. Daha sonra həmən təklif təkmilləşdirilmişdir. Belə ki,
dəmir məftilin hər hansi bir bayraq üzərində məqbul olmadığı fikri
irəli sürərək dəmir məftili götürüb və Arazı hüdud boyu ayrılıq
simvolu kimi göstərir. Əlbətdə bayraqda Türk rəngi (göy rəng)
olduğu üçün burda Araz göy rəngdə yox bəlkə ağ rənglə gəstərilib.
Bu qrup da Azərbaycan birləşdikdən sonra ayrılıq simvolunu
bayraqdan götürüb və mövcud bayrağı Bütöv Azərbaycan
bayrağı kimi təklif edir.
Saleh İldirim. 10.10.2005.
Saleh Bey qardasima semimi qelbden salamlar.
Eziz qardasim, beri basdan bayraq haqdaki yazilari oxumagima imkan
yaratmaginiza gore size tesekkur edirem ve bayraq haqda bir nece
soz de men demek isteyirem.
Azerbaycan Turklerinin bir bayragi vardir ve o bizim hamimizin
muqeddes remzidir. Ancaq tarixin gedisati ve siyasi sebebler Guney
ucun ayri bir bayragin olmasini vacib hala getirmisdir. Teqdim olunan
uc bayraqi da qebul etmek olardi ancaq ucuncu yerde olan
digerlerinden daha mentiqli ve agla batandir, lakin onun da Guney-
Quzey ferqini istenen sekilde araya qoyduguna qane deyilem.
Bilmirem elinizde var ya yox, Merhum Elcibeyin yol gostericiliyi ve xeyir
duasi ile kilmligi namelum arazoglu texelluslu sexs terefinden yazilmis
Muxteser Azerbaycan Tarixi adli kitabda Guney Azerbaycan
bayraginin ne sekilde olacagi da teklif edilib. Mence en agla batani
odur. Orda Azerbaycan bayraginin butun elametleri qorunur, ancaq
Guney esaretde olduguna gore, oz musteqilliyini hele de qazana
bilmediyine gore yas elameti kimi ay ve ulduz qara rengde verilibdir.
ve teklif edilib ki, Guney oz azadligina qovusana ve Quzeyle birlesene
kimi bu yas elameti qalsin ve birlesildikden sonra qara reng
goturulsun ve butov Azerbaycan bayragi, yeni indiki bayraq qebul
edilsin. Bayragin menevi ve muqeddes elametleri nezere alindiqda
mence de en agla batani o olmalidir. Hemin bayragi xalqimizin
nezerine catdirmaqa imkan yaratmaghinizi xahish edirem.
Hormetle.
Seyfeddin Altayli
________________________________________


Bayraq
|
|
 |
|
|
|
Number 1
|
|
|
|
 |
|
|
|
Number 2
|
|
|
|
 |
|
|
|
Number 3
|
|
|
|
 |
|
|
|
Number 4
|
|
|
|
 |
|
|
|
Number 5
|
|
|
|
|
 |
|
|
|
Number 6
|
|
|
|
|
|
 |
|
|
|
Number 7
|
|
|
|
 |
|
|
|
Number 8
|
|
|
|
 |
|
|
|
Number 9
|
|
|
|
 |
|
|
|
Number 10
|
|
|
|
|
 |
|
|
|
Number 11
|
|
|
|
|
 |
|
|
|
Number 12
|
|
|
|
 |
|
|
|
Number 13
|
|
|
|
|
 |
|
|
|
Number 14
|
|
|
|
 |
|
|
|
Number 15
|
|
|
|
|
 |
|
|
|
Number 16
|
|
|
|
|
 |
|
|
|
Number 17
|
|
|
|
|
 |
|
|
|
Number 18
|
|
|
|
|
 |
|
|
|
Number 19
|
|
|
|
|
 |
|
|
|
Number 20
|
|
|
|
|
 |
|
|
|
Number 21
|
|
|
|
 |
|
|
|
Number 22
|
|
|
|
|
 |
|
|
|
Number 23
|
|
|
|
|
 |
|
|
Number 24
|
|
|
|
|
|
|
|
 |
|
|
|
Number 25
|
|
|
|
|
 |
|
|
|
Number 26
|
|
|
|
 |
|
|
|
Number 27
|
|
|
|
|
 |
|
|
|
Number 28
|
|
|
|
|
 |
|
|
|
Number 29
|
|
|
|
|
 |
|
|
|
Number 30
|
|
|
|
|
 |
|
|
|
Number 31
|
|
|
|
|
 |
|
|
|
Number 32
|
|
|
|
|
 |
|
|
|
Number 33
|
|
|
|
|
 |
|
|
|
Number 34
|
|
|
|
|
|
 |
|
|
|
Number 35
|
|
|
|
|
 |
|
|
|
Number 36
|
|
|
|
|
 |
|
|
|
Number 37
|
|
|
|
|
|
|
|
| |
|
|